"Qanuni oğru" titulu əlindən alınan Rövşən Lənkəranski beynəlxalq axtarışa verildi
İtaliyanın hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru" - kriminal aləmdə Rövşən Lənkəranski ləqəbi ilə tanınan Rövşən Canıyevi beynəlxalq axtarışa verib. Bu barədə "Vesti.az" xəbər verib. Ötən ilin avqustunda İnterpolun rəsmi saytında onun ikinci dəfə axtarışa verilməsi barədə məlumat yayılmışdı. Canıyev cinayətkar qruplaşmalarla işbirliyində, saxta sənəd gəzdirməkdə, qara pulların yuyulmasını təşkil etməkdə və zorla pul tələb etmədə təqsirləndirilir. İlin sonunda isə onun axtarışına son verilmişdi və bu haqda da xəbər yayılmışdı. Rövşən Lənkəranski kriminal aləmin xaç atası sayılan "Ded Xasan" ləqəbli Aslan Usoyanın qətlinin təşkil edilməsində ən böyük fiqur sayılır. Bu qətldə onunla birgə "Merab Suxumski" ayamalı Merab Canqveladzenin də adı hallanır. Xatırladaq ki, bu günlərdə Ermənistan paytaxtına toplaşan dünyanın müxtəlif ölkələrində yaşayan 100- yaxın kriminal avtoritet Rövşən Lənkəranskinin "qanuni oğru" adından məhrum edilməsi barədə qərar çıxarıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb