Azərbaycanda bəzi yerlərə 15 sm qar yağıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 7-si gündüzdən 8-i səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, əvvəlcədən bildirildiyi kimi, yanvarın 7-də günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişib, güclü şimal-qərb küləyi Abşeron yarımadasında və bəzi Kür vadisi rayonlarında şiddətlənib, hava yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb, səhər saatlarında intensivləşib, dağlıq və dağətəyi rayonlarda güclənib. Səhər saatlarına olan məlumata görə, düşən yağıntının miqdarı 2.5 mm, qar örtüyünün hündürlüyü dağlıq və dağətəyi rayonlarda 15 sm-dək olub. Gün ərzində yağıntılar davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb