Bakıda dəhşət: qardaş bacısını və onun ailə üzvlərini bıçaqladı
Bakıda qardaş bacısının ailə üzvlərini bıçaqlayıb. Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib. 1969-cu il təvəllüdlü Əzimov Yaşar Şəki oğlu bacısı, 1972-ci il təvəllüdlü Novruzova İzzətxanım Şəki qızını, onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Novruzov Yaşar Faiq oğlunu, övladları, 1999-cu il təvəllüdlü Faiqi və 2002-ci ildə anadan olmuş Rəşadı bıçaqlayıb. Ağır bədən xəsarətləri alan ailə üzvləri xəstəxanaya yerləşdirilib. Bildirilir k, Yaşar Əzimov bacısını və onun ailə üzvlərini onların yaşadığı evdə bıçaqlayıb. 45 yaşlı Yaşar Əzimovun özünün də həmin evdə müvəqqəti yaşadığı qeyd edilir. Faktla bağlı araşdırmalar aparılır. Olayın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
OXŞAR XƏBƏRLƏR
14:40
985
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
936
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1557
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1214
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2028
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2129