İsmayıllı-Bakı magistralında 10-dan çox maşın yolda qalıb
İsmayıllıya yağan qar magistral yolda nəqliyyatın hərəkətində problemlər yaradıb. APA-nın xəbərinə görə, İsmayıllı-Bakı magistral yolunun Zərgəran kəndi ərazisində yol səthini qar örtüb. Nəticədə 10-dan çox maşın yolda qalıb. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyev isə APA -ya bildirib ki, qar yağmasına baxmayaraq, respublikanın avtomobil yollarında buzlaşma hələlik qeydə alınmayıb. K.Əliyev Muğanlı-İsmayıllı yolunda qar və güclü külək olduğunu bildirib. Onun sözlərinə görə, göstərilən istiqamətdə yolun hər an buzlaşa biləcəyini nəzərə olaraq sürücülərə diqqətli olmaq və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etmək tövsiyə edilir.
OXŞAR XƏBƏRLƏR
14:40
985
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
936
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1557
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1214
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2028
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2129