Cəlilabadda həmyerlisi 23 yaşlı oğlanı ölümcül yaralayıb
Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 7-də günorta saatlarında Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini, 26 yaşlı Mansur Vəliyev şəxsi münaqişə zəminində həmyerlisi, 23 yaşlı Bəyazit Ağayevə baş nahiyəsindən taxta parçası ilə, daha sonra isə bədəninin müxtəlif yerlərinə bıçaqla bir neçə zərbə endirib. Bundan sonra təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq gizlənib.
Yaralı ətrafdakı şəxslərin müdaxiləsi ilə dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada cərrahiyyə əməliyyatı olunan Bəyazitin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
996
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
947
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1568
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1216
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2030
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2132