Şirvanda mağazadan oğurluq edilib
Şirvanda naməlum şəxslər mağazadan oğurluq ediblər. Mağaza sahibi Soltanov Kamil İlyas oğlunun APA TV-nin Mil-Muğan bürosuna verdiyi məlumata görə, oğurluq hadisəsi ötən gün gecə saatlarında baş verib. Naməlum şəxslər Şirvan şəhəri, Leytenant İbrahimov küçəsi 18 ünvanında yerləşən mağazanın dam örtüyünü deşərək içəri keçiblər. Oğrular mağazadan 1300 manat nağd pul, 1200 manat dəyərində siqaret, spirtli içki, telefon danışıq konturları və ərzaq malları aparıblar. Onlar həmçinin mağazadan videokameranın görüntüləri olan yaddaş blokunu da özləri ilə götürüblər. Ümumilikdə mağaza sahibinə 3 min manata qədər ziyan dəyib.
Oğurluq faktına görə Şirvan Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
996
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
947
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1568
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1216
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2030
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2132