Zahid Qaralov vəfat edib
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, tanınmış ictimai-siyasi xadim Zahid Qaralov vəfat edib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Z. Qaralov 81 yaşında Almaniyada dünyasını dəyişib. Bir aya yaxındır Almaniyada müalicə olunan Z. Qaralov insultdan vəfat edib.
Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professoru, respublikanın əməkdar müəllimi olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru təyin edilib. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir. YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub. Z. Qaralov məşhur "91-lər"dən biri idi.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb