Babək prospektində maşın yanıb
Texniki nasazlıq Bakıda avtomobilin yanmasına səbəb olub. APA TV-nin xəbərinə görə, hadisə Xətai rayonu ərazisində, Babək prospektində baş verib. Yanğın baş verən vaxt "Hyundai" markalı minik maşını şəhər mərkəzindən Yeni Günəşli qəsəbəsinə doğru hərəkət edirmiş. Sürücünün sözlərinə görə, avtomobilin mühərrik hissəsindən tüstü qalxdığını əvvəlcə yolla gedən digər sürücülər görüb və ona xəbərdarlıq ediblər. Sürücü nəqliyyat vasitəsini saxlayıb və problemi özü aradan qaldırmağa çalışıb. Ancaq buna nail ola bilməyib və adi tüstü tez bir vaxtda güclü yanğına çevrilib, alov avtomobilin mühərrik hissəsindən salonuna doğru irəliləyib.
Alovu söndürmək mümkün olmadığı üçün FHN-nin 112 qaynar xətt xidmətinə məlumat verilib. Əraziyə cəlb olunmuş yanğınsöndürənlər yanğının qarşısını alsalar da, yardım üçün müraciət gec olunduğundan, maşının ön hissəsi tamamilə yanıb.
Sürücünün sayıqlığı nəticəsində hadisə zamanı xəsarət alan olmayıb. Onun bildirdiyinə görə, avtomobil bir neçə gün əvvəl Rusiya Federasiyasından ölkəmizə gətirilib.
Yanğının səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?