Astarada yaşayış evində partlayış olub: 1 yaralı
Astarada güclü partlayış hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə yanvarın 6-da rayonun Məscidməhəllə kənd sakini, 43 yaşlı Elçin Qəribəli oğlu Əzimova məxsus fərdi yaşayış evində qeydə alınıb. Ümumi sahəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində baş verən partlayış zamanı yanğın baş verməsə də, evin 1-ci mərtəbəsində olan otaqların qapı-pəncərələri çərcivədən çıxıb. Həmçinin ev sahibinin həyatı yoldaşı, 43 yaşlı Şahzadə Xanqulu qızı Əzimova müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Astara Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Burada ona müvafiq ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağırlaşdığından Bakı şəhər 5 saylı klinik xəstəxanasına yola salınıb.
İlkin versiya kimi partlayışın mənzildəki məişət qazının sızması nəticəsində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?