İrandan İŞİD-ə sərt xəbərdarlıq: Sərhədə yaxınlaşma!
İran İŞİD terrorçularına ölkə sərhədlərinə 40 kilometr məsafədə yaxınlaşmamaq barədə xəbərdarlıq edib. APA TV-nin məlumatına görə, bu barədə rəsmi xəbər agentliyi İRNA-ya danışan Quru Qoşunları komandanı, general-mayor Əhməd Rza Purdəstan bildirib. O, vurğulayıb ki, dövlət sərhədlərindən İraq torpaqlarının içinə qədər 40 km-lik qırmızı xətt müəyyənləşdirilib. İŞİD terrorçularını İran sərhədinə yaxınlaşdığı zaman xətti keçməməsi üçün xəbərdarlıq edilib. Sərhəd bölgələrində İŞİD-ə qarşı hərbi hazırlığın yüksək səviyyədə olduğunu bildirən Purdəstan İŞİD silahlılarının xəbərdarlıqdan sonra sərhəddən uzaqlaşdığını vurğulayıb. Qeyd edək ki, bir müddət əvvəl İran hərbi təyyarələrinin İraqda İŞİD mövqelərini bombaladığı barədə xəbər yayılmışdı. Keçən həftə isə İraqın Samirə şəhərində İran İnqilab Keçikçiləri komandanlarından general-mayor Həmid Tekavi İŞİD tərəfindən öldürülüb. İranın müdafiə naziri Hüseyin Dehkan Tekavinin İŞİD-ə qarşı döyüşən İraq ordusuna və könüllü polislərə təlim keçmək üçün İraqda olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb