Sabahdan ölkədə hava şəraiti kəskin dəyişəcək
Yanvarın 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, paytaxt və Abşeron yarımadasında arabir güclənəcək mülayim cənub-qərb küləyi əsəcək, havanın temperaturu gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq.
Axşam havanın kəskin dəyişiləcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 1-3 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər saatlarında bəzi yerlərdə duman və çiskin olacaq. Günün ikinci yarısında qərb rayonlarından başlayaraq sulu qar və qar yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Günün ikinci yarısından isə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb