2014-cü ildə Azərbaycanda ən populyar adların SİYAHISI
Ötən il Azərbaycanda doğulan uşaqlara ən çox qoyulan adların siyahısı açıqlanıb. Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, oğlan adları arasında ən populyar ad Yusif adıdır. Ötən il doğulmuş oğlan uşaqlarından 3967 nəfərə Yusif adı verilib. Uşaqlara ən çox qoyulan oğlan adları arasında Hüseyn (2610), Əli (2526), Murad (1717), Ömər (1611), Məhəmməd (1446), Ayxan (1078), Uğur (1021), İbrahim (987), Tunar (907), Kənan (890) da var.
Qız uşaqlarına verilən ən populyar ad isə Zəhradır. Ötən il 3608 uşağa Zəhra adı verilib. Populyarlıq qazanan digər qız adları isə Nuray (2538), Fatimə (2504), Aylin (1803), Ayan (1694), Zeynəb (1693), Xədicə (1244), Mədinə (1170), Mələk (1163), Məryəm (1162), Leyla (1112) adlarıdır.
Qeyd edək ki, Zəhra və Yusif adları son beş ildə Azərbaycanda ən çox qoyulan adlar siyahısında birinci yeri tutur.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb