Göygöl rayonunda maskalılar evə basqın edərək xeyli pul və qızıl aparıblar
Göygöldə evə soyğunçuluq məqsədilə basqın edilib. APA TV-nin xəbərinə görə, sSoyğunçular ailənin 5 üzvünü döyərək 75 min manat dəyərində pul və zinət əşyalarını oğurlayıblar.
3 nəfər maskalı şəxsdən ikisi otağa girib və sandıqda olan pul və qızıl-zinət əşyalarını götürüb gediblər.
Hadisə rayonun Üçbulaq adlanan otlaq sahəsində yerləşən evdə baş verib. Maskalı şəxslər müqavimət göstərən ev sahibi 43 yaşlı İsa Alışanovu, onun anası Əsli Alışanovanı və 3 bacısını döyüblər.
Bacılardan biri soyğunçulara müqavimət göstərərək onlara mane olmağa çalışıb. Bu isə ev sakinlərinin ciddi xəsarətlər alması ilə nəticələnib.
Ev sahibinin xəstə anası isə soyğunçuluq məqsədilə gələnləri dilə tutaraq övladlarını qorumağa çalışıb. Ancaq bu da soyğunçuların qarşısını kəsməyib.
Özləri ilə gətirdikləri rezin dəyənəklərlə evdəki adamları döyən soyğunçular 60 min manata kimi nəğd pulu və 15 min manat dəyərində qızıl zinət əşyalarını aparıblar. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan İsa Alışanovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?