Bakıda kafedə partlayış: iki nəfər yaralandı
Bakıda kafedə partlayış hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kvadratmetr olan "Bibimin kafesi"ndə 50 litrlik propan qaz balonundan qaz sızması nəticəsində qeydə alınıb. Nəticədə kafenin lambirdən ibarət tavanı 30 kv.m, 1 ədəd kondisioner və 3 kv.m sahədə əşyalar yanıb, kafenin içərisində olan 50 litrlik propan qaz balonu yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə çıxarılıb. Partlayış zamanı kafenin sahibi və kafedə işləyən 1 nəfər yanıq xəsarəti alaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?