Liviyada 17 hərbiçi qətlə yetirilib
Naməlum silahlılar Liviyanın qərbində hərbçilərin nəzarət-buraxılış məntəqəsinə hücum edərək, 17 nəfəri öldürüb.
APA TV-nin RİA “Novosti”-yə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 14 əsgər, 3 dinc sakin həlak olub. Hələlik heç bir təşkilat bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Ötən həftə analoji hadisə Liviyanın Sirt şəhərində də baş verib. “Liviya şəfəqi” qruplaşmasının üzvləri hərbi bazaya hücum edərək, 19 nəfəri qətlə yetirib.
Ötən ilin iyul ayından fəallaşan “Liviya şəfəqi” qruplaşmasının “Əl-Qaidə”, “İslam dövləti” (İŞİD) və “Müsəlman qardaşları” ilə sıx əlaqədə olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1124
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1075
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1691
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1224
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2037
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2138