Zəncirvarı qəza: Buzlu yolda 100-dən artıq maşın toqquşdu - VİDEO
Birləşmiş Ştatlarda qarlı hava şəraiti 100-dən artıq maşının iştirakı ilə zəncirvarı qəzaya səbəb olub. APA TV-nin məlumatına görə, hadisə Nyu-Hempşir ştatında, Eşland şəhəri yaxınlığında baş verib. Səhər saatlarında ştat ərazisinə güclü qar yağıb, yollar buz bağlayıb. Şose yolda yüksək sürətlə hərəkət edən avtomobillərdən biri yoldan çıxaraq dirəyə çırpılıb, nəticədə maşının ardınca gələn 100-dən çox avtomobil bir-birinə dəyərək zəncirvarı qəza törədiblər. Hadisə nəticəsində ən azı bir maşının yandığı bildirilir. Qəza zamanı ciddi xəsarət alan olmayıb.
OXŞAR XƏBƏRLƏR
16:36
101
Sabaha gözlənilən hava proqnozu açıqlandı
16:34
112
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
17:46
1228
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
17:42
999
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
11:25
1302
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
10:46
699