Səhər saatlarında Oğuzda ağır yol qəzası baş verib, yaralananlar var
Oğuz rayonunda ağır yol qəzası baş verib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə yanvarın 3-ü səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı, 99 GE 791 dövlət nömrə nişanlı avtomobil Şəki rayonu istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq kənardakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan sərnişinlər - Balakən rayon sakinləri, 1995-ci il təvəllüdlü Ramazan Paşa oğlu Osmanov, 1997-ci il təvəllüdlü Arzu Şirin qızı İsayeva, 1957-ci il təvəllüdlü Şamil Nurlan oğlu Umarov və onun həyat yoldaşı, 1960-cı il təvəllüdlü Elmira Sədulla qızı Umarova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Oğuz RMX-dan APA-nın yerli bürosuna bildirilib ki, xəsarət alanlardan Ş. Umarovun vəziyyəti ağır olduğu üçün o, Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Digərlərinin vəziyyəti isə orta stabildir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Sabaha gözlənilən hava proqnozu açıqlandı
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?