Son iki gündə Təcili Tibbi Yardıma müraciətlərin sayı artıb
Bayram günlərində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlərin sayı artıb. Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya bildirib ki, adi günlərdə təcili yardım stansiyasına 1700-1800 civarında müraciət daxil olurdusa, dekabrın 31-i və yanvarın 1-də müraciətlərin sayı 2000-ə yaxın olub. Oqtay Şahmalıyev bildirib ki, çağırışlar adi günlərdə olduğu kimi, əsasən ürək-damar xəstəlikləri ilə bağlı olub. Onun sözlərinə görə, müraciətlərin 200-ü uşaqlarla bağlı olub.
OXŞAR XƏBƏRLƏR
14:40
1122
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1073
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1689
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1224
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2037
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2138