Suriyada 4 ay əvvəl girov götürülən italyan qadınların videosu yayıldı
Suriyada ötən ilin avqustunda girov götürülən iki italiyalı qadının videosu yayılıb. APA TV-nin məlumatına görə, videonu ərəb juirnalist Twitter-də paylaşıb. Videoda müsəlman geyimində iki qadın görünür. Girovların başları bağlı olsa da, üzləri açıqdır. Onlardan biri əlində üzərində "17 dekabr, 2014" yazılmış kağız saxlayır, digəri isə İtaliya ləhcəsi ilə ingiliscə müraciət səsləndirir.
Müraciətdə deyilir ki, girovlar Qreta Ramelli və Vanessa Mardzullodur. Onlar İtaliya hökumətindən İsa Məsihin mövludu gününədək girovluqdan qurtarılmalarını xahiş edirlər. Qadınlar xəbərdarlıq edirlər ki, əks təqdirdə öldürülə bilərlər. Girovlar bildirirlər ki, həyatlarına görə məsuliyyəti İtaliya hökuməti və vasitəçilər daşıyır.
İtaliya hökuməti görüntülərin həqiqiliyini hələlik təsdiqləməyib. Hazırda video üzərində mütəxəssislər işləyirlər.
21 yaşlı Vanessa və 20 yaşlı Qreta Suriyada humanitar təşkilatda çalışıblar. Ötən il avqustun 1-inə keçən gecədən onlarla əlaqə itib. İtaliyalı qızlar Suriyaya getdikdən cəmi bir neçə gün sonra girov götürülüblər. Onların "əl-Qaidə"nin Suriyadakı qanadı "əl-Nüsra Cəbhəsi"nin əlində olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb