Xaçmazda piyadanı maşın vurub, vəziyyəti ağırdır
Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini, 43 yaşlı Şıxıyev Ağası Dünyamalı oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini, 41 yaşlı Bayramova Həcər Rəcəb qızını vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1155
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1104
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1722
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1226
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2039
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2140