Milli Məclis Həmrəylik Günü münasibətilə müraciət qəbul edib
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə müraciət qəbul edib. APA TV-nin xəbərinə görə, müraciəti Milli Məclisin vitse -spikeri Bahar Muradava səsləndirib: "Azərbaycanın yeni tarixinə xalqımızın milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın dörd bir yanına səpələnmiş soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürür.Mürətlə dəyişən dünyada xalqımızın gücünü bir yerə toplamaq əzmindən güc alan Həmrəylik Günü bir-birindən ayrı düşən soydaşlarımızın milli mənlik şüuru ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub".
Müraciətdə bildirilib ki, azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlik uzaqgörən dövlət siyasəti həyata keçirilir. Xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb