ABŞ-dan əfv sərəncamına MÜNASİBƏT
ABŞ Azərbaycan prezidenti İlham Əliyevin dekabrın 29-da əfv sərəncamı imzalamasını düzgün istiqamətdə atılmış addım hesab edir.
APA-nın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.
“Biz Azərbaycan hakimiyyətini insan haqları və əsas azadlıqların təmin olunmasına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə, digər məhbuslara münasibətdə də bu addımın atılmasına çağırırıq”, - deyə C. Ratke qeyd edib.
O, “Azadlıq radiosu”nun Bakı bürosunun ofisinin bağlanmasından narahatlıq keçirdiklərini də diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycan prezidentinin imzaladığı sonuncu əfv sərəncamı 87 nəfərə şamil olunub. Əfv olunanlar arasında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli də var.
OXŞAR XƏBƏRLƏR
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü