Yoxa çıxan təyyarənin qalıqları aşkarlanıb
“AirAsia Indonesia” aviaşirkətinin yoxa çıxan təyyarəsinə aid ola biləcəyi güman edilən hissələr aşkarlanıb. APA-nın “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə İndoneziya Milli Xilasetmə Mərkəzinin sözçüsü Yusuf Lətif bildirib. Onun sözlərinə görə, İndoneziya hərbi hava qüvvələri Borneo adası yaxınlığında, Panqkalan Bunun cənubunda sahildən 170 km məsafədə ağ, qırmızı, qara rəngli müxtəlif hissələr, o cümlədən xilasetmə jileti tapıblar. İndoneziyalı rəsmi həmin əraziyə əlavə qüvvələrin göndəriləcəyini bildirib: “Bu çox vacib tapıntıdır. Lakin biz araşdırma tamamlanana qədər nəyisə təsdiqləyə bilmərik”. Xatırladaq ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan “AirAsia Indonesia” aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.
OXŞAR XƏBƏRLƏR
Əhməd Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü