Ebola virusu Şotlandiyaya çatdı
Qərbi Afrikada Ebola virusuna yoluxanların sayı 20 mini ötüb. APA TV-nin xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dekabrın 29-da məlumat yayıb. Ebola virusundan ölənlərin sayı isə 7842-yə çatıb. Xəstəliyə ən çox yoluxma halları Sierra Leonedə qeydə alınıb.
Eyni zamanda Şotlandiyada ilk Ebola virusuna yoluxma faktı qeydə alınıb. Şotlandiya hökuməti yoluxma faktını təsdiqləyib.
Virusa yoluxmuş tibb işçisi bu yaxınlarda Sierra-Leonedən qayıdıb. O, Qlazqo şəhərinin xəstəxanalarından birinə yerləşdirilib və ciddi nəzarət altında saxlanılır. Həkimlər xəstəliyin erkən dövrdə aşkarlandığını bildiriblər.
OXŞAR XƏBƏRLƏR
14:40
1167
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1116
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1735
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1228
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2041
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2142