Erməni deputat: "Ermənistanı dərin böhran gözləyir"
"2015-ci ildə Ermənistanı dərin böhran gözləyir".
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın “İrs” partiyasının üzvü, deputat Zauri Postancanyan deyib. Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsinə toxunan Postancanyan qeyd edib ki, erməni xalqı Serj Sarkisyanın 3 sentyabr qərarına etiraz etsəydi, müvafiq saziş imzalanmayacaqdı: “Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı üzvlüyü ölkəni tənəzzülə doğru aparır. Biz bu məsələdə Rusiyanın aqressiv siyasətinin şahidi olduq. Bu aqressiyaya lazımı cavab verilmədi”. Deputat həmçinin bildirib ki, gələn il Ermənistanı siyasi sahədə də böhran gözləyir. “Görünən odur ki, erməni xalqını siyasi və iqtisadi sahədə mənfiyə doğru dəyişikliklər gözləyir”.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb