Yol polisindən sürücülərə bayram XƏBƏRDARLIĞI
Baş Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) sürücülərə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA TV-yə verdiyi məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə respublikanın avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi artacaq. Bununla əlaqədar BDYPİ-i hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə sürücüləri bayram günlərində sərxoş halda sükan arxasında əyləşməməyə, rayonlara səfərə çıxanlara isə müəyyən edilmiş sürət həddinə diqqət etməyə çağırıb.
K. Əliyev, qeyd edib ki, dekabr ayının 31-dən yanvarın 7-dək yol polisi gücləndirilmiş iş rejimində işləyəcək.
OXŞAR XƏBƏRLƏR
14:40
1167
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1116
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1735
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1228
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2041
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2142