Ağdam istiqamətində erməni kəşfiyyatçı əsir götürüldü
Dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb. Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu, ilkin məlumata görə Baqdasaryan Arsen Eduardoviç əsir olaraq ələ keçirilib. Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1189
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1136
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1756
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1228
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2041
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2142