Lənkəranda dəhşətli qətl! Bıçaqlanan iki qardaşdan biri öldü, digərinin durumu ağırdır
Lənkəranda qətl hadisəsi baş verib. APA TV-nın Cənub bürosunun məlumatına görə, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.
Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Cəbrayıl İlqar oğlu Ağayev şəxsi münaqişə zəminində həmyerliləri olan iki qardaşı - 1989-cu il təvəllüdlü Camal və 1988-ci il təvəllüdlü Kamal Zakir oğlu Məmmədovlara bıçaqla müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.
Hər iki yaralı yaxınları tərəfindən dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Camal Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hazırda MRX-nin cərrahiyyə şöbəsinə yerləşdirilmiş Kamal Məmmədovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.
Rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Cəbrayıl Ağayev yaxalanıb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb