Sabunçuda "Opel" "Hyundai"la toqquşub
Ötən gecə Sabunçu rayonunda Elşən Mehdiyev küçəsində qəza baş verib. APA TV-nin məlumatına görə, sürücü Ramin Məmmədov "Opel" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə "Opel" işıqforun qırmızı işığında dayanan Samir Həsənova məxsus "Hyundai"ya çırpılıb.
Baş verən qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ziddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər cərimə meydançasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1192
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1139
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1759
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1228
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2041
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2142