Suraxanıda BMW “Ford”la toqquşdu, ölən var
Ötən gecə Bakıda ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, Suraxanı rayonunda “BMW” markalı minik avtomobili ilə "Ford" markalı yük maşını toqquşub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “BMW” markalı minik avtomobilinin sürücüsü, 1981-ci il təvəllüdlü Samir Vahid oğlu Abdullayev vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Qəza zamanı "Ford"un sürücüsü Manafov Hüseyn Əbülfəz oğlunun ayaqları sınıb. O, hadisə yerinə çağırılan təcili yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ