Mövqelərimiz atəşə tutulub
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Tərtər rayonunun Çiləbürt, Çaylı, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şirvanlı, Sarıcalı, Şıxlar, Novruzlu, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
APA TV-nin xəbərinə görə, düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb