Lənkəranda 2 piyada vurulub: 1 ölü, 1 yaralı
Lənkəranda iki piyadanın vurulması ilə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Vilan kəndi ərazisində qeydə alınıb. Rayon sakini Seymur Quliyev idarə etdiyi VAZ- 21074 markalı minik avtomobillə piyadlar, rayonun Şağlakücə kənd sakinləri, 23 yaşlı İmran Qəmbərovu və 20 yaşlı Teymur Ağayevi vurub. İmran Qəmbərov aldığı xəsarətdən hadisə yerində ölüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Teymur Ağayev isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən sürücü Seymur Quliyev saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1236
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1184
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1801
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1230
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2043
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2144