Bakıda əsasən qadınların pulunu mənimsəyən şəxs saxlanılıb
Vətəndaşlara 15.000 manatdan artıq maddi ziyan vurmaqda şübhəli bilinən, CM-nin 178-ci maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəylini Xətai RPİ-nin 34-cü polis bölməsinin əməkdaşları yaxalayıblar. APA TV-nin məlumatına görə, Mirsamil Seyidbəyli may-avqust aylarında, Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat və Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alaraq qaytarmayıb. Dələduzluq əməlləri törətdiyinə görə saxlanılan Mirsamil Seyidbəyli cinayət əməlini qismən etiraf edib. Polis isə bu şəxsin analoji cinayətlərdə iştirakını istisna etmir
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb