Bakıda 21 yaşlı oğlan əvvəlcə dostunu, sonra özünü bıçaqladı
Nəsimi rayonunda iki dostun mübahisəsi qanla bitib. APA TV-nin məlumatına görə, hadisə 1-ci mikrorayonda, Moskva prospektində qeydə alınıb. Binəqədi rayon sakini, 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini, 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. Gürzad üzərində olan bıçaqla Röyalı vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Az sonra Gürzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.
Həkimlər Gürzad Nəbiyev adını soruşanda o, özünü həkimlərə kriminal lotu kimi təqdim edib. Məlum olub ki, Gürzad dostunu bıçaqlayandan sonra səhv etdiyini başa düşərək özünə xəsarət yetirib. Faktla əlaqədar araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb