Bakıda 14 dərəcə isti olacaq
Dekabrın 25-də Bakı və Abşeron yarımadasında hava şəraitin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər mülayimləşəcək. Günün ikinci yarısında arabir güclənən cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6, gündüz 9-14 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da sabah əsasən yağmur hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayır yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
14:40
1243
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1190
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1812
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2044
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2145