AVCİYA: Seçkilər şəffaf və ədalətli keçirilib
"Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, müşahidə aparılmış 400 məntəqədə seçici fəallığı 39,7 faiz təşkil edib".
APA TV-nin xəbərinə görə, bunu AVCİYA-nın seçki qərargahının sədri Məhərrəm Zülfüqarlı Azərbaycanda 23 dekabr 2014-cü il tarixində keçirilən bələdiyyə seçkiləri ilə bağlı qurumun ilkin rəyini açıqlayarkən bildirib: "Seçki günü ölkə üzrə bir neçə məntəqədə bəzi çatışmazlıqlar müşahidəçilərimiz tərəfindən qeydə alınıb. Məsələn, ailə başçısının ailə üzvlərinin yerinə səs vermək cəhdi, müşahidəçilər üçün yerin düzgün seçilməməsi, səsvermənin nəticələrinə dair protokolun surətinin müşahidəçilərə verilməsinin yubadılması və s. Bu faktlar barədə seçki administrasiyası nümayəndələrinə dərhal məlumat verilib və operativ müdaxilə nəticəsində qeyd olunan nöqsanlar aradan qaldırılıb".
Rəydə bildirilir ki, AVCİYA Azərbaycanda 23 dekabr 2014-cü il tarixində keçirilən bələdiyyə seçkilərini baş tutmuş sayır. Seçkilər demokratik normalara uyğun, şəffaf və ədalətli keçirilib.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb