Xaçmazda iki avtomobil toqquşub, qadın sərnişin ağır yaralanıb
Xaçmazda iki maşın toqquşub, xəsarət alan var. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazabad yolunda qeydə alınıb. 90 KK 349 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə 10 DB 554 dövlət nömrə nişanlı "Jiquli" markalı avtomobil toqquşub. Qəza nəticəsində “Opel”də olan sərnişin, Xaçmaz rayonu, Qaradağlı kənd sakini, 37 yaşlı Qəniyeva Xalidə Elxan qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
14:40
1243
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1190
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1807
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1230
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2044
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2145