Ermənilər mövqelərimizi atəş altında saxlayırlar
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub.
Müdafiə Nazirliyi bildirir ki, Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Sarıcalı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
APA TV-nin xəbərinə görə, düşmən cavab atəşi ilə susdurulub.
OXŞAR XƏBƏRLƏR
14:40
1243
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1190
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1807
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1230
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2044
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2145