Xaçmaz Mədəniyyət və Turizm Şöbəsinin yeni binasının açılışı olub
Xaçmazda Mədəniyyət və Turizm Şöbəsi üçün inşa edilən yeni inzibati binanın açılışı olub. APA TV-nin şimal bürosunun məlumatına görə, açılış mərasimində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və rayon ictimaiyyətinin nümayənədləri iştirak ediblər.
İkimərtəbəli binanın ümumi sahəsi 220 kv.metrdir. Tikilinin birinci mərtəbəsində foye və iş otaqları var. İkinci mərtəbədə isə iclas və konfrans zalları yerləşir. Bina müasir istilik sistemi ilə təchiz edilib. Bunun üçün tikilinin həyətində qazanxana da inşa olunub.
Binanın inşasında milli ornametlərdən istifadə edilib. Dam örtüyü gümbəz formasında inşa olunub.
OXŞAR XƏBƏRLƏR
14:40
1243
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1190
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1807
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1230
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2044
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2145