Saat 10:00-a qədər 501 254 seçici səs verib
Azərbaycanda keçirilən bələdiyyə seçkilərində seçici fəallığı saat 10:00-a 10.4 faiz olub.
APA TV-nin xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib: "Saat 10:00-a qədər 4 819 382 seçicidən 501 254 nəfəri səs verib. Seçici fəallığına görə ilk sıralarda 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan Seçki Dairəsi gəlir. Ən az seçici fəallığı isə Culfa və Şərur Seçki dairələrində qeydə alınıb".
Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri əlavə edib ki, saat 10.00-a MSK-ya 25 müraciət daxil olub ki, bunlar da müxtəlif informasiyanın alınması ilə bağlıdır. Hələlik heç bir qanun pozuntusu müşahidə edilməyib.
OXŞAR XƏBƏRLƏR
14:40
1249
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1196
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1813
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2048
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2147