Ağcabədidə evdən 5 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Ağcabədidə oğurluq hadisəsinin üstü açılıb. APA TV-nin məlumatına görə, şəhərin N.Nərimanov kücəsində rayon sakini Mehriban Şərifzadəyə məxsus evdən ogurluq edilib. Ev sahibi polis şöbəsinə müraciət edərək, 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması haqda məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan yerli polis şöbəsinin əməkdaşları isti izlərlə oğurluq etmiş şəxsin kimliyini müəyyən edib. Asayiş keşikçiləri rayon sakini Xəyal Qurbanovu saxlayıblar. Onun üzərinə baxış keçirərəkən, oğurlanmış qızıl-zinət əşyaları müəyyən edilərək, maddi sübut kimi götürülüb.
Ağcabədi Rayon Polis Şöbəsində faktla bağlı araşdırmalar davam etdirilir, Xəyal Qurbanovun başqa cinayətlərdə iştirakının olub-olmadığı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1254
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1201
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1818
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2048
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2147