İqtisadiyyat və sənaye naziri Hacıqabulda vətəndaşları qəbul edib
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Hacıqabulda vətəndaşları qəbul edib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbula Şirvan, Hacıqabul, Sabirabad və digər rayonlardan olan 40-a yaxın vətəndaş qatılıb. Qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, istehsal, emal və xidmət sahələrinin yaradılması, sosial məsələlərlə bağlı müraciət ediblər. Müraciәtlərin bəziləri yerindəcə həllini tapıb, qaldırılan digər mәsәlәlәrin operativ araşdırılması və qanunvericiliyә uyğun hәlli üçün nazirliyin müvafiq strukturlarının rәhbәrlәrinә konkret tapşırıqlar verilib. Nazir Şahin Mustafayev qəbula gəlmiş sahibkarların heyvandarlıq, əkinçilik, bağçılıq, çörək istehsalı, turizm, tikinti materiallarının istehsalı, tikişçilik, mebel istehsalı üzrə təkliflərini də dinləyib, müvafiq sahələr üzrə investisiya layihələrinin hazırlanmasına dəstək göstərilməsi və güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verib.
OXŞAR XƏBƏRLƏR
14:40
1255
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1201
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1818
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2048
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2147