Masallıda Rusiyada yaşayan ailənin evi yanıb
Masallıda güclü yanğın hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 05.30 radələrində rayonun Çayqırağı kənd sakini, 44 yaşlı Zirəddin Balaş oğlu Məmmədova məxsus ikimərtəbəli, 6 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 360 kv.m olan ev içindəki məişət avadanlığı ilə birlikdə tamamilə yanıb. Qonşular ev sahibi Zirəddin Məmmədovun ailəsi ilə birlikdə hazırda Rusiyada yaşadığını bildiriblər. Yanğının başvermə səbəbləri bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1256
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1201
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1818
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2048
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2147