Bakıda kafedə qətl: qonşusunun boğazını kəsdi
Bakıda qətl törədilib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində fəaliyyət göstərən “Gəncə” kafesinin qarşısında qeydə alınıb. Rayon sakini, 55 yaşlı Bərxudar Çərkəz oğlu Yusifov aralarında yaranmış mübahisə zəminində qonşusu, 33 yaşlı Nurlan Vaqif oğlu Ağayevi boyun nahiyəsindən bıçaqla vurub. Nəticədə arteriyası kəsilən Nurlan Ağayev çoxlu qan itirərək hadisə yerindəcə ölüb. Polisdən həmçinin bildirilib ki, adıçəkilən şəxslər hadisə baş verən zaman sərxoş vəziyyətdə olublar. Hadisəni törədən Bərxudar Yusifov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
14:40
1256
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1201
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1818
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1232
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2048
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2147