Bakıda taksi sürücüsü nəqliyyat müfəttişini döyüb xəstəxanalıq elədi
Ötən gecə Yasamal rayonunda ərazisində taksi sürücüsü nəqliyyat departamentinin əməkdaşını döyüb. APA TV-nin məlumatına görə, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı taksi dayanacağında qeydə alınıb. Bakı Sərnişin və Yük Daşıma Departamentinin əməkdaşı 27 yaşlı Mirsadıq Həmidov xidməti vəzifəsini yerinə yetirərkən "Opel" markalı nəqliyyat vasitəsini idarə edən taksi sürücüsü Vüsal adlı şəxs tərəfindən döyülüb. Taksi sürücüsü nəqliyyat işçisini döydükdən sonra hadisə yerindən qaçıb.
Hadisə zamanı ayağı və burnu sınan Mirsadıq Həmidov isə təcili tibbi yardım vasitəsi ilə xəstəxanaya çatdırılıb. Yaralıya xəstəxanada yardım edildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Hadisə barədə aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə məlumat verilib. Zərərçəkmiş Mirsadıq Həmidovun izahatı alınıb. Polis Nəqliyyat Nazirliyinin işçisini döyən taksi sürücüsünün axtarışına başlayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb