“Zaman”ın baş redaktoru sərbəst buraxıldı, STV-nin rəhbəri həbs edildi
Türkiyədə paralel dövlət strukturları yaratmaq ittihamı ilə “Nur” icmasına qarşı aparılan istintaq çərçivəsində dekabrın 14-də polis tərəfindən saxlanılan “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı məhkəmə tərəfindən sərbəst buraxılıb.
APA-nın “Sabah” qəzetinin saytına istinadən verdiyi xəbərə görə, polis və prokurorluqda 4 gün dindirildikdən sonra həbs-qətimkan tədbiri seçilməsi tələbi ilə məhkəmə önünə çıxarılan 12 nəfər haqqında qərar açıqlanıb. Məhkəmə Ə. Dumanlını ölkədən çıxmamaq şərti ilə sərbəst buraxıb. “Samanyolu” (STV) televiziyasının rəhbəri Hidayət Karaca, eləcə də keçmiş polis rəisləri Tufan Ərgüdər, Ərtan Ərçıktı və Mustafa Kılıçaslan haqqında isə “terror təşkilatına rəhbərlik etmək” ittihamı ilə həbs qərarı verilib.
Qeyd edək ki, dekabrın 14-də 13 vilayətdə həyata keçirilən əməliyyat zamanı saxlanılan 30 nəfərdən 19-u sərbəst buraxılıb.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb