Fətullah Gülən barəsində həbs qərarı çıxarıldı
Nurçuların lideri, hazırda ABŞ-da yaşayan Fətullah Gülən haqqında həbs qəti imkan tədbiri seçilib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə hökumətinə yaxın “Sabah” qəzetinin saytında məlumat verilib. Məlumatda bildirilir ki, Fətullah Gülən haqqında “terror təşkilatına liderlik etmək” ittihamı əsasında həbs qərarı çıxarılıb. Xatırladaq ki, dekabrın 14-də həyata keçirilən əməliyyat zamanı Türkiyə polisi nurçuların media orqanlarının bəzi rəhbərləri və əməkdaşlarını, eləcə də bu cərəyanın nümayəndələri olan bəzi keçmiş polis rəislərini saxlayıb. Qeyd edək ki, 1941-ci il təvəllüdlü Fətullah Gülən 1999-cu ilin martından ABŞ-ın Pensilvaniya ştatında yaşayır.
OXŞAR XƏBƏRLƏR
14:40
1313
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
14:32
1258
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
19:30
1874
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
16:36
1234
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
18:20
2050
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb
19:32
2151