Bakı metrosunda vətəndaşları soyan cibgir yaxalandı - REAL GÖRÜNTÜ
Saysız-hesabsız oğurluq əməli törətmiş Sumqayıt sakini Bakıda yaxalanıb. APA TV-nin xəbərinə görə, 1977-ci il təvəllüdlü Cavid Hüseynovu Bakı Şəhər Baş Polis İdarəsinin Metropoliten Polis Şöbəsinin Cinayət Axtarış Qrupunun əməkdaşları həbs ediblər.
Polis Şöbəsinin rəis müavini Kamal Şirinovun sözlərinə görə, saxlanılan zaman o etiraf edib ki, narkotik alüdəçisidir, pul tapmaq ücün oğurluq edib.
Saxlanılan şəxs xeyli vaxtdır, cibgirliklə məşğuldur. Etdiyi oğurluqlardan bəzilərini müşahidə kameraları lentə alınıb. Kadrlardan görünür ki, şübhəli şəxs telefonla danışan şəxsi təqib edir, sonra arxadan ona yaxınlaşır və cinayət əməlini törədir.
Saxlanılandan sonra müəyyən olunub ki, metrodakı əməllindən başqa yerlərdə də oğurluq edib. Bu il martın 4-də metronun “Neftçilər” stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini Yusif Əliyevin, dekabrın 6-da metronun “Koroğlu” stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun 28 May stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlayıb: "Metropoliten basırıq olduğundan, onun əməlini törətməsi üçün əlverişli şərait yaranıb".
Bu şəxsi görüb tanıyanların Metropoliten polisinə müraciət etmələri xahiş olunur. Saxlanılan şəxslə bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Zahid Oruc sənədsiz evlərlə bağlı mühüm təklif verdi: “Əmlak amnistiyasına...”
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib
Reseptə hər yazılan dərman deyil – Xəstələr nəyə pul xərcləyir?
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 271 sakin yurda döndü
Bir məhəllə, neçə əsrlik tarix və açılmamış sirlər - Naxçıvandan REPORTAJ