Yaponiya səfirliyi Şəkidə 102 min dollarlıq layihəyə başlayır
Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində Şəki rayonunun Suçma kəndində su təchizatı sisteminin tikintisinə başlanılacaq. APA TV-nin məlumatına görə, bu, Yaponiyanın qrant yardımı ilə Şəkidə reallaşacaq sayca 15-ci layihədir. Sözügedən layihə üzrə qrant müqaviləsinin imzalanması mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yaponiyanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığın 2000-ci ildən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi vurğulayıb ki, Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində həyata keçirilən bu layihələr insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Layihənin reallaşması üçün Yaponiya hökuməti 102 min 570 ABŞ dolları məbləğində qrant yardımı ayırıb: "Şəkidə daha bir xoşməramlı sosial layihənin icrası ilə bağlı qrant müqaviləsi layihəsinə imza atırıq. Bu layihə çərçivəsində xeyli insanın içməli su problemi həll olunacaq. Biz bu əməkdaşlıqdan məmnunuq və gələcəkdə də Şəkidə sosial layihələrin icrasına səy göstərəcəyik".
Bildirilib ki, proqram çərçivəsində indiyədək Şəkidə bu layihə də daxil olmaqla, təhsil, səhiyyə, su təchizatı və ekologiya sahələrini əhatə edən 14 layihə reallaşdırılıb. Bu layihələrin ümumi dəyəri 1 milyon 259 min 897 ABŞ dolları təşkil edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb