Kürd silahlıları Mosula doğru irəlilədi, İŞİD-in üç lideri öldürüldü
İraqda kürd silahlıları Mosula doğru irəliləməyə başlayıblar. APA TV-nin xəbərinə görə, onlar ötən gün səhər saatlarından ağır silahların müşayiəti ilə Mosulun Zummar bölgəsindən yola çıxıblar və 120 kilometr irəliləyiblər. Axşam saatlarında Sinun bölgəsində Herdan kəndinə daxil olan kürd silahlılarla İŞİD terror təşkilatının üzvləri arasında şiddətli döyüşlər başlayıb.
Kürd silahlılar tank, top və katyuşalarla İŞİD-in mövqelərini atəşə tutur.
Koalisiya qüvvələrinə aid qırıcılar da kürd silahlılara havadan dəstək verir. Geri çəkilən İŞİD qüvvələri kürd silahlıların irəliləməsinə mane olmaq üçün körpüləri partladır.
ABŞ-ın Hərb-Hava Qüvvələrinin İŞİD-in İraqdakı mövqelərinə endirdiyi zərbələr nəticəsində qruplaşmanın üç nüfuzlu səhra komandiri öldürülüb. Bu barədə ABŞ Silahlı Qüvvələri komandanlarının Birləşmiş Komitəsinin sədri general Martin Dempsi bildirib. Öldürülənlərin kimliyi açıqlanmır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı Türkiyə konsulluğu “Zəfər Günü” münasibəti ilə tədbir keçirib
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib
Azad olunan ərazilərdə daha 36 nəfər özünüməşğulluq proqramı ilə iş sahibi oldu
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç olub
“Sabah” futbol klubuna 5 milyon manat ayrılıb